23 Dekabr 2024

“III Qarabağ müharibəsi başlaya bilər” – Türk professorla SENSASİON MÜSAHİBƏ

Media1.az xəbər verir ki, bu barədə Musavat.com Milli.Az-a istinadən bildirib.Məşhur türk tarixçi, professoru Şevki Karabəkiroğlu ilə müsahibəni təqdim edib.

III Qarabağ müharibəsinin başlamaq ehtimalı varmı?

– Belə bir ehtimal var. Çünki bu hesab hələ bağlanmayıb. Dünyanın başqa gücləri prosesə daxil oldular və istər-istəməz biz sülh yolunu seçərək bir yerdə dayanmaq məcburiyyətində qaldıq. Fəqət, bu dayandığımız yer bizim haqq etdiyimiz yer deyil. Mütləq bitirilməsi lazım olan bir hesabımız var. Bu hesabın birinci işi Qarabağın tamamilə işğalçılardan təmizlənməsi olacaqdır. Çünki Qarabağ 1992-ci ildə bizdən qoparılmış torpaqlardır. Son qarışına kimi bizə qayıtmayacağı müddətcə orada haqqımız tapdanacaqdır. Bu balanssız vəziyyət qaldığı müddət ərzində müharibə ehtimalı hər zaman var. Buna görə də biz müharibəyə hazır olmalıyıq, hazırlıqlarımızı bitirməliyik. Bunun üçün daxildə, xaricədə əlimizdən gəldiyi qədər birliyimizi, diriliyimizi daha da möhkəmləndirməliyik. 

44 günlük müharibədən sonra Ermənistanın yalnız fiziki xəritədə qaldığını deyə bilərikmi?

– Ermənistanın regiondakı varlığı, onsuz da, anormal bir haldır. Yəni 1918-ci ildə regionda bir Ermənistan dövləti peyda olarkən qondarma yollarla zor tətbiq etməklə, pul qarşılığında İrəvan paytaxt elan edilərək orada bir mərkəz yaratdılar. Normalda İrəvan qədim türk şəhəridir, bunu hər kəs bilir. 1800-1900-cü illərə nəzər salınsa, iliyinə qədər türk olan bir şəhər bu gün Ermənistanın paytaxtı necə oldu?! Bu, ingilislərin, rusların I Dünya Müharibəsindən sonra təşəbbüsləri ilə oldu. Regionda yaradılan bu qondarma dövlətin bir də haqqı olmayan Qarabağ torpaqlarını işğal etməsinin özü səhv addımdır. Ermənistan o torpaqların hər qarışını boşaltmalıdır. Normal olan, təbii olan, tarixi həqiqətlərə söykənən budur. Lakin deyək ki, güclər balansı nəzərə alınaraq biz bunu bacara bilmədik, ən azından qüvvəsinin qırılmasını bacarmalıyıq, artıq elədir də. Ermənistan ABŞ-ın, yaxud Rusiyanın, İranın dəstəyini almadan öz hesabına öz ayaqları üstündə dayanacaq bir gücə sahib deyil. İqtisadiyyatı məhv olmuş vəziyyətdədir.

Müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistan tərəfindən tez-tez səsləndirilən revanşist açıqlamalar nəyisə dəyişəcəkmi?

Ermənistanda, sadəcə, şovinist çıxışlarla, revanşist açıqlamalarla öz xalqını idarə etməyə çalışan bir idarəçilik hökm sürür. Bu yolla irəli gedə bilməyəcəkləri bəllidir. Bu gün Ermənistanın yaşadığı problemlərin təməlində elə özünün quruluşunda və quruluş fəlsəfəsindəki axsaq fikirlər, iddialar dayanır. Bu axsaqlığın əsas səbəbi nədir?! Zaman-zaman bunu İran rəhbərlərinin dilindən eşidirik. Türk dünyası Asiyada böyük əksəriyyət təşkil edir. Və ora türk dünyasının gövdəsi məsafəsindədir. Anadolu türklüyü isə türk dünyasının başı məsafəsindədir. Çünki tarixə nəzər salanda böyük imperiyaların (Səlcuqlar, Qəznəvilər, Osmanlı) mərkəzi əsasən Anadolu hesab edilmişdir. Bu mənada gövdə olan Asiya türklüyü ilə baş olan Anadolu türklüyü arasında boyun məsafəsində yerləşən Qafqazdır. Qafqazda da ən böyük gücə sahib olan Azərbaycandır. Düşmənlərimiz bundan 100 il əvvəl plan qurarkən özlərinə görə çox ağıllı davranıblar. Bu planlardan ən birincisi budur: Öncə Asiya türk dünyası ilə Anadolu türk dünyasınının arasını kəsək və bu ərazidə bir Ermənistan dövləti yaradaq. Beləliklə də, bunların bir-birləri ilə əlaqələri kəsilsin. Bunu düşünənlər baxırlar ki, həmin bölgədə qədim bir Azərbaycan türkü var və Azərbaycanın o gücdə qalması gələcəkdə böyük bir dövlətin potensial olaraq özləri üçün təhdid yaradacağı deməkdir. Ona görə də Azərbaycanı Şimal və Cənuba bölürlər. Cənubunu İrana verirlər, araya Ermənistanı yerləşdirirlər və şimalı da indiki Azərbaycandır. İndiki xəritə normal bir mənzərə deyil, zor-güc hesabına formalaşdırılmış bir mənzərənin əksidir. Səbəb isə sırf türk dünyanını, Türkiyəni, Azərbaycanı zəiflətmək üçündür. 

Azərbaycanın tarixi torpaqlarına yenidən qovuşmağı nə dərəcədə real gösrsənir?

– Tarixdə heç bir şey sabit olaraq qalmır. İngilis tarixçi Anold Toynbi deyir ki, mədəniyyətlər də bir canlı orqanizm kimidir, doğularlar, böyüyərlər, ölərlər. Müəyyən zamandan bir dünya yenidən formalaşır. Bu gün orada yaradılmış anormal vəziyyət 100 il əvvəl yaradılmış vəziyyətdir. Bu vəziyyəti bu cür davam etdirmək mümkün deyil. Bu çay yenə öz arxını tapacaqdır. Azərbaycan Şimalı ilə, Cənubu ilə bir bütün olaraq qarşımıza çıxacaqdır. İnşallah, iqtisadi iş birliyi, diplomatik müstəvi baxımından istər Türkiyə ilə, istərsə də digər türk dövlətlərlə iş birliyini genişləndirərək türklər arasındakı həmrəyliyi artıracaq. Azərbaycan həm geosiyasi olaraq, həm də strateji olaraq çox mərkəzi və həyati bir yerə sahibdir. 

Hazırda bölgədə cərəyan edən proseslər fonunda Azərbaycan xalqına müraciət edib nə demək istərdiniz?

– Bu gün Qarabağı Azərbaycandan qoparıb və yaxud daxildən, xaricdən ölkədə xaos yaratmağa çalışmaqla Azərbaycanı zəiflətmək cəhdlərinin təməlində Azərbaycanın türk dünyası arasında bir katalizator vəzifəsini yerinə yetirməsi dayanır. Əgər Azərbaycan güclü olarsa, sərhədlərinin bir ucu Türkiyəyə çatarsa, o biri ucu Xəzər dənizinə söykənərsə bu, böyük bir türk dünyasının təşəkkül tapması, qurulması deməkdir və belə bir vücudun formalaşması da Azərbaycanın çox önəmli bir funksiyaya sahib olması deməkdir. Azərbaycanın bu funksiyasını istəməyənlər Azərbaycanı zəiflətmək üçün Qarabağdan başlayaraq xeyli sayda təxribatlar törətdilər. Amma mən bunların bir nəticə verəcəyi qənaətində deyiləm. Su axan arxdan əvvəl-axır yenə axacaqdır. İnkişafda, güclənməkdə olan Azərbaycan ilə necə ki biz (Türkiyə) iki dövlət, bir millətik, Allah izni ilə bir millət halına gələcəyik. Bu, sərhədlərin birləşməsi demək deyil, amma hər sahədə bu iş birliyimizi, ittifaqımızı inkişaf etdirəcəyik.

Bəzi qruplaşmalar müxtəlif yalanlar, dezinformasiyalar yayırlar. Məsələn, Azərbaycan türkünə “Azəri” deyilir, ayrı bir türk qolu soyu yaddaşlara yerləşdirməyə çalışıblar. Bu da soyuq müharibə dönəminin qalıqlarıdır. Məhzəb (sünni, şiə) fərqini çox qabardırlar, bunların heç biri bizim üçün vacib faktor deyil. Hamımız müsəlmanıq və türkük. Bu mənada əgər biz müsəlmanlar və türklər olaraq gücümüzü birləşdirərsək, bizim biləyimizi heç kim bükə bilməz.