29 Mart 2024

II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Media1.az xəbər verir ki, bu barədə Britaniya rəsmiləri məlumat yayıb.

Məlumata görə dəfn Vestminster Abbeydə baş tutacaq.

II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl tabut Britaniya parlamentinin binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.