İctimai vəkilliklə bağlı layihənin icrası yekunlaşmaq üzrədir- Mingəçevir QHT-lərin Təlim və Resurs Mərkəzi
Layihənin icrası zamanı 100-ə qədər respondentin fikri öyrənilib.
Media1.az xəbər verir ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumu Mingəçevir Regional Resurs və Təlim Mərkəzinin regionlarda həyata keçirdiyi “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kompaniyasının aparılması” adlı layıhə yekunlaşmaq üzrədir.
Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin əməkdaşı Aytən Əhmədova bildirib ki, adı çəkilən layihə USAİD-in maliyyə dəstəyi və FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Konsulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT)çərçivəsində həyata keçirilir. Layihənin icrası zamanı 100-ə qədər respondentin fikri öyrənilib ki, onlardan da 51 nəfərini qadın, 49 nəfərini isə kişi təşkil edir.Rəy sor ğusuna cəlb edilmiş respondentlər “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanunu, İctimai Şuralar və onların fəaliyyəti barədə sualları cavablandırıb.
Aytən Əhmədovanın sözlərinə görə, sorğu nəticələrinin ilkin qiymətləndirilməsi və təhlili onu deməyə əsas verir ki, hədəf qruplarının məlumatlılığı xeyli yaxşılaşıb.
Onu da qeyd edək ki, layihə tam başa çatandan sonra nəticələr barədə yekun rəyin hazırlanması və ictimaiyyətə çatdırılması nəzərdə tutulub .
Media1.az