İctimai nəqliyyat iki gün işləməyəcək
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir
Bu gündən aprelin 5-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Media1.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.