28 Aprel 2025

İctimai Birlik Mərkəzi Aranda layihə fəaliyyətinin birinci mərhələsini yekunlaşdırıb

İyunun 24-də Ekoloji İnformasiya İB-yi layihə fəaliyyətinə həsr olunmuş görüş təşkil edib.

Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı bildirib ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən ” Mərkəzi Aranda ekoloji kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsi uğurla icra olunur. Ağdaş, Ucar , Yevlax, Zərdab,Göyçay, Kürdəmir rayonlarında icra hakimiyyəti,bələdiyyə orqanlarının əməkdaşları, o cümlədən yerli fermerlərlə görüşlər həyata keçirilib. Layihənin əhatə etdiyi rayonlarda fermerlər üçün seminarların keçirilməsi üçün təşkilati məsələlər razılaşdırılmışdır.

Onu da qeyd edək ki, 01 iyul tarixindən sonuna qədər adı çəkilən rayonlarda fermerlər üçün ekoseminarların keçirilməsi nəzərdə tutulmuşdur.