Hulusi Akar: “Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir”
“Almaniya ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı olan müxtəlif silah sistemləri, ləvazimat və ehtiyat hissələri məsələsində çox sıx əməkdaşlığımız var”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, qarşıdakı vaxtlarda bu çərçivədə müsbət irəliləyişlər gözlənilir.
Nazir qeyd edib ki, Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir.
“PUA-lar da daxil olmaqla, bir çox məsələdə əməkdaşlığımızı davam etdirə bilərik”, – deyə türkiyəli nazir vurğulayıb.