20 Aprel 2024

Hindistanda xəstəxanada baş verən yanğın nəticəsində 10 çağa həlak olub

Hindistanın Maharaştra ştatında xəstəxanalardan birində baş verən yanğın nəticəsində ən azı 10 körpə həlak olub.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 2 radələrində Bhandara rayonu mərkəzi xəstəxanasının yeni doğulmuş xəstə körpələrin müalicə aldığı bölmədə baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 7 körpəni xilas edə biliblər.

İlkin ehtimala əsasən, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.