Hikmət Hacıyevdən Paşinyana cavab: Şantajdan başqa bir şey deyil
Paşinyan Ermənistanın Laçın sərhəd nəzarət qapısından “humanitar yük” adı altında keçirmək istədiyi TIR karvanı haqqında yazıb.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nikol Paşinyanın açıqlamasına Tvitterdə cavab verib:
“Brüsseldə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır. Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılması imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”, – Hikmət Hacıyev yazıb.
Musavat.com