Hərbi jurnalist Şöhrət Eyvazov “TÜRKSOY Media Mükafatı”na layiq görülüb
Mukafat ilk olaraq şəhid media nümayəndələri – AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışovun ailə üzvlərinə təqdim edilib. Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak, “CNN Türk”ün sabiq işçisi, hazırda Fox TV-də çalışan Fulya Öztürk, fotoqraf Rza Deqati, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan bir qrup media nümayəndəsi də “TÜRKSOY Media Mükafatı” ilə təltif ediliblər.
Azərbaycandan 7 jurnalist bu mukafata layiq görülüb və onların arasında İctimai Televizyanın Qarabağ muxbiri Şöhrət Eyvazov da var.
Mükafat 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edilir. 2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı”nın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə verilib.
“TÜRKSOY Media Mükafatı”na layiq görülən yerli və xarici jurnalistləri təbrik edib və yeni uğurlar arzulayırıq.