28 Mart 2024

“Hər kəs onlarla qarşılaşacaq” – 2022-ci il üçün inanılmaz öncəgörmə

Baba Vanqa adıyla tanınan bolqar kahin illər öncəki proqnozları ilə bütün dünyanı heyrətə gətirməyə davam edir. Qəribə proqnozlar vermiş və 2022-ci il üçün altı kəhanətini bəyan edən Vanqanın iki öncəgörməsi artıq gerçəkləşib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, ölümündən uzun illər keçməsinə baxmayaraq, bütün dünyanı öz kəhanətləri ilə heyrətə gətirən Vanqanın 2022-ci il üçün öncəgörmələri müzakirə mövzusuna çevrilib.

Baba Vanqa 1911-ci il yanvarın 31-də anadan olmuş, əsl adı Vangeliya Quşterova olan kor bir bolqar kahin idi. Ömrünün çox hissəsini Bolqarıstanda, Kojux dağlarında keçirmiş bitki mütəxəssisi kimi də tanınırdı. Onun paranormal istedada sahib olduğu iddia edilirdi. Kiçik Vanqa belə yaşıdlarından daha fərqli görünürdü.

Baba Vanqanın 2022-ci il üçün dilə gətirdiyi öncəgörmələri də ürpədicidir. Bu kəhanətlərindən ikisi artıq gerçəkləşib.

Vanqa Sibirin donmuş torpaqlarının altında qalmış ölümcül virusun illər sonra aşkar ediləcəyini bildirib.

Bolqar kahinin dünyanı böyük böhrana sürükləyəcək başqa bir proqnozu isə qorxunc quraqlıq və aclıqla bağlıdır. O, illər əvvəl Avropada normadan çox yüksək istilərdən sonra taxıl böhranının olacağını proqnozlaşdırıb. Vanqanın bu sözləri bu gün baş verənlərlə üst-üstə düşməyə başlayıb.

Dünyada baş verəcək şiddətli istilərdən sonra içməli suyun böyük təhlükə ilə üzləşəcəyini bildirən Baba Vanqa bir çox ölkənin çəyirtkə istilasına məruz qalacağını deyib.

Vanqanın 2022-ci il üçün verdiyi başqa bir proqnoz yadplanetlilərin işğalı ilə əlaqədardır. O, bir gün yadplanetlilərin Yer üzünə gələcəyini və hamının onlarla qarşılaşacağını söyləyib.

Vanqanın son kəhanəti isə virtual reallıqla bağlıdır. Kahin bildirib ki, virtual reallıq real həyatda böyük maraq doğuracaq və bir çox insan bunun içinə düşəcək.