21 Noyabr 2024

Həkim kimi hər kəsə qayğı ilə yanaşan ,bilik və bacarığını əsirgəməyən Loğman həkim …

Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü səhiyyəyə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən həkim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Loğman Abbasovdur.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Loğman həkim üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yaşamaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Loğman Abbasov həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Özünü tibb elminə həsr edən Loğman həkim bu günədək işinə ikiqat məsuliyyətlə yanaşaraq ona göstərilən etimadı doğrultmaq naminə yorulmadan daim öz üzərində çalışır, işində elmin ən son nailiyyətlərinin tətbiq etməyi unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Loğman həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Loğman həkim bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

Ona görə də çoxşaxəli və geniş həkimlik fəaliyyətində də daha çox insana həyat bəxş etmək, xəstəliyə, yeri gələndə ölümə qalib gəlmək üçün biliyə, təcrübəyə əsaslanıb, səhiyyəni inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib.

Həkim kimi hər kəsə qayğı ilə yanaşan ,bilik və bacarığını əsirgəməyən Loğman həkim deyir ki, həkimin evi xəstəxana, dövləti xəstələrin sağlamlığı, qazancı isə millətin məhəbbəti və ehtiramıdır:

Onu da qeyd edək ki, Loğman həkim dövlətini, xalqını sevən əsl vətənpərvər ziyalıdır. Dünya şöhrətli Liderimiz, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi “Dəmir Yumruq” adlı əks-hücum əməliyyatı başlayan andan Loğman həkim də ən çətin anlarda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. İndinin özündə də Loğman həkim xəstəxanaya üz tutan şəhid ailələri, Qarabağ qaziləri və kimsəsiz imkansız ailələrə öz hümanistliyini göstərərək əlindən gələn köməliyi göstərir.

Loğman Abbasov – Şəfalı əlləri ilə yuzlərlə insanı həyata qaytarıb, xalq elçisi kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Belə həkimlərimizlə qürur düyur,fəxr etməyə bilmirsən. Loğman həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayır və deyirik : Sizin kimi həkimlərimizin Azərbaycan səhiyyəsinə baş ucalığı gətirir.

Musa Muradlı