20 İyul 2024

Gürcüstanda müxalifət partiyaları “Birlik Bəyannaməsi” İMZALADI

Gürcüstanın altı müxalifət partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində “Birlik Bəyannaməsi” imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qeyd olunub ki, bunlar “Vahid Milli Hərəkat”, “Girchi – More Freedom”, “Droa”, “Lelo for Georgia”, “Agmaşenebeli Strategy” və “Axali”dir. 

Bu partliyalar ölkəni Aİ-yə sürətli inteqrasiya yoluna qaytarmağı əsas məqsədləri hesab edirlər.

Bəyannaməyə digər müxalifət partiyalarına da qoşulmaq imkanı veriləcək.

Bəyannamədə seçkilər öncəsi vahid strategiyanın yaradılması, gənclər təşkilatları ilə sıx əməkdaşlıq və seçkilərdə qələbə olacağı təqdirdə siyasi koalisiyaya hazır olmaq nəzərdə tutulur.