21 Dekabr 2024

Gürcüstan prezidenti xalqı ETİRAZA ÇAĞIRDI

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqı bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

Musavat.com bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını qeyd edib.

“Sabah axşam saat 7-də hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək” – , ölkə prezidenti qeyd edib.