Gürcüstan baş nazirinin I müavini istefa verib
Gürcüstanın baş nazirinin birinci müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili istefa verib.
“Report”un yerli bürosu xəbər verir ki, o, yeni hökumətin tərkibində yer almayıb.
M.Tskitişvilini yeni Nazirlər Kabinetində İrakli Karseladze əvəzləyəcək. O, bu vaxta qədər regional inkişaf və infrastruktur nazirinin müavini və Avtomobil Yolları Departamentinin rəhbəri olub.