22 Dekabr 2024

Günün qoroskopu: Kiçik problemlər həllini tapacaq

Qoç – risk edin, ən ağlagəlməz və efemer təsir bağışlayan planı reallaşdırın. Qorxmayın, çəkinməyin. Məqsədə çatmaq üçün qarşınıza çıxaraq sizə mane ola biləcək istənilən maneəni dəf edin.

Mühüm uğurlar əldə etmək üçün cəsarətli olun.
Təmkinli davranın.

Günün ikinci yarısında ünsiyyət dövrəsini genişləndirin.
Yaxın ətrafınızda olan insanlar sizi anlamaya bilərlər. Sözlərinizi yanlış başa düşən insanla mübahisə etməyin.

Axşam saatlarında aktiv istirahəti seçin.

Buğa – bu gün istənilən işə başlayaraq uğur əldə edə bilərsiniz. Ulduzlar sizə yardım edəcəklər. Peşəkar müstəvidə irəliləyişə nail olmaq fikriniz varsa, nüfuzlu insanın dəstəyindən yararlanın. Gəlirlərin məbləği çox olmayacaq. Amma necə deyərlər, “yoxa lənət”.

Sevdiyiniz, dəyər verdiyiniz insanın qayğısına qalın, onunla təmaslarda həssas olun. İfrata varmayın, bezdirməyin.

Planlaşdırılmamış səfər, səyahət məsləhət deyil. Yolda xoşagəlməz hadisə ilə qarşılaşa bilərsiniz.

Əkizlər – günün ilk yarısında bədbin, çəkingən, vasvası olmayın. Münaqişənin alovlanmasına, mübahisənin ağırlaşmasına, iddiaların böyüməsinə imkan verməyin.

Xəbis insanın dediklərinə fikir verməyin. Mənhus şəxslər sizə pislik etməyə çalışacaqlar. Ehtiyatlı olun.

Günün ikinci yarısı maliyyə işlərində uğur vəd edir. Sərfəli anlaşma, gəlirli sövdələşmə, görülən işə görə pulun alınması mümkündür.

Alış-verişdə qənaətli olun.
Köhnə dostlarla ünsiyyət üçün pis vaxt deyil. Maraqlı təkliflər və xəbərlər eşidə bilərsiniz.

Xərçəng – istənilən çətinlik və problemlər faciə təsiri bağışlamasın. Uğurlar və problemlər kiçik olaylar kimi görünə bilər. Əslində hər şey tərsinədir.

Problemlər önəmsizdir. Qələbə və nailiyyətləri dəyərləndirin. İrəliləyişin təməlini hazırlayın.
İşgüzar tərəfdaşlarla münasibətlərin formalaşma prosesini nəzarətdə saxlayın.
Aksentlərə fikir verin.

Əməkdaşlıq məhsuldar və xoş ola bilər. Günün maliyyə fonu əlverişli deyil.

Xərcləri azaldın, müdrik olun. Əks cins mənsubu ilə problemlər yarana bilər.
Həssas olun.

Şir – özünüzə əlavə problemlər yaratmayın. Təmkinli davranın, soyuqqanlı olun. Narahatlıq və təlaşlardan çəkinməyin.

İşinizə səthi, laqeyd yanaşsanız, fəsadlarla qarşılaşacaqsınız. Dəyərsiz insanlarla mümkün qədər az ünsiyyətdə olun, mənasız söhbətlərə və laqqırtılara qatılmayın.

Dedi-qodu edən insanın hərəkətlərinə diqqətlə fikir verin. Gərəksiz səylər və vaxt itkisinə düçar olmayın.
İşdə həmkarlarınız əvvəlcə sizdən narazı olacaqlar. Amma sonra anlayacaqlar ki, düzgün mövqe tutmusunuz.

Şəxsi problemlərin həllinə məsuliyyətlə yanaşın. Yaxınlarınızın qəlbinə dəyməyin.
Tamahkar olmayın. Sevdiklərinizi kiçik hədiyyə və xoş sürprizlə sevindirin.

Qız – pozitiv təmayüllərin təsiri güclənir. Ən müxtəlif sahələrdə və müstəvilərdə irəliləyişə bel bağlamaq olar. Fəqət bilin ki, yaxın ətrafınızdakı insanlar, tanışlar, etibar etdiyiniz adamlar sizə yardıma tələsməyəcəklər.

Kefinizi pozmayın, ruhdan düşməyin. Bəyəm indiydək belə olmayıb?! Kimsəni gözləmədən, kimsə ümid etmədən çalışın və məqsədə çatmağa can atın. Uğurunuzu da təbii ki, kimsə ilə bölüşməyin.

Mövqelərinizdə nə qədər sərt və qətiyyətli olsanız, ətrafınızdakı insanlar sizə bir o qədər sayğı bəsləyərlər.

Şəxsi problemləri mütləq şəkildə həll etmək gərəkdir. Bunu izafi tələskənlik olmadan edin. Səthi çözümlər məsləhət deyil. Daha dərinə varın ki, sizi maraqlandıran suallara cavab tapa biləsiniz.

Tərəzi – günün sonunadək nikbin, soyuqqanlı qalın. İzafi işlərə qatılmayın. Ən mühüm və təxirəsalınmaz işlərə başlayaraq onları bitirin.

Energetik potensial aşağı səviyyədədir.
Yorğunluq əvvəlcə əhvalınıza, sonra səhhətinizə təsir edəcək. Xəstələnmək istəmirsinizsə, özünüzü qoruyun.

Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Hətta sizə səmimi, xoş münasibət bəsləyən şəxslərlə də fərdi təmaslarda müəyyən çətinliklər olacaq.
Günün ikinci yarısı “anlamaq dərdi”ndən xali deyil.

Romantik hisslərə, xülyalara və arzulara qapılmayın.
Belə illüziyalar yanlış yön və vaxt itkisindən savayı heç nə vəd etmir.

Əqrəb – birmənalı olmayan zamandır. Günün ilk yarısında işdə anlaşılmazlıq və problemlər yarana bilər. Texnika və ya avadanlıqda nasazlıq yaranması istisna deyil. İşlərdə ləngimə və təxirəsalmalar yarana bilər.

Neqativ emosiyaları nəzarətdə saxlayın.
Saatlar keçdikcə situasiya yaxşılaşacaq. Mühüm, sizin üçün önəmli sahədə irəliləyişə nail ola bilərsiniz.

Axşam saatlarında sizi maraqlı, perspektivlər vəd edən tanışlıq gözləyir.
Səhhətinizə fikir verin.

Oxatan – uğur əldə etmək üçün ciddi çalışmağınız gərəkdir. Qətiyyətli, inadkar olun, qarşınıza çıxan sədləri dəf edin. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər.

Çətin, amma ciddi nəticələr vəd edən dövrdür. Müttəfiq və yardımçılar bir qədər sonra peyda olacaqlar, onları gözləmək gərəkdir.

İstənilən halda yardım xoşdur.
Günün ikinci yarısında münasibətlərdə emosional seçim əvəzinə məntiqi təhlilə üstünlük verin.
Sevdiyiniz insanla münasibətləri dəyərləndirin.

Oğlaq – çətin və qarışıq gündür. Günü uğursuz elan etməyə tələsməyin. Niyyət və planlarınızı həyata keçirmək üçün yaxşı köməkçiyə ehtiyacınız var. Sizə dəstək ola biləcək adamı yaxın ətrafınızda arayın.

Bu insan etibara layiq olduğunu çoxdan bəri sübut etmiş insan olmalıdır.
Uzunamüddətli əməkdaşlıqla bağlı anlaşma və ya sövdələşməni reallaşdırmaq olar. Həmin anlaşmanın maliyyə yönləri əvvəlcədən götür-qoy edilməli, müzakirə olunmalıdır.

Yaxınlarınızla münasibətlər harmonik, rəvandır.
Yaxın bildiyiniz insanlar sizə dəstək verirlər.

Gəlir, kiçik olmayan məbləğdə pulun əldə edilməsi istisna deyil.

Dolça – sizi tərifləyən insanlara inanmayın. Həmin təriflər birmənalı deyil. Amma çox şübhəli, vasvası olmayın. Günün ilk yarısından etibarən aktiv çalışmağa başlayın.

Məhsuldar işləyin ki, sonradan normal istirahət edə biləsiniz.
Axşam saatlarında normal dincəlin.

İstənilən yaradıcılıq eksperimentləri üçün əlverişli vaxtdır.
Lakin risk etməyin.
Ənənəvi məşğuliyyət xilasedici amil rolunu oynaya bilər.

Balıqlar – narahatlıq və təlaş üçün səbəblər var. Lakin onlar sandığınız qədər ciddi deyil. İşdəki fikir ayrılıqlarını və anlaşılmazlıqları ürəyinizə salmayın.

Kiçik problemlər həllini tapacaq. Az sonra hər şey məcrasına düşəcək. Əhvalınızı korlamayın.
Əldə etdiyiniz pulları, gəliri dərhal xərcləməyə çalışmayın. O pullar bir qədər sonra lazım olacaq.

Səhhətinizə fikir verin. Qida zəhərlənməsi riski var.
Günün ikinci yarısı məişət problemlərinin həlli üçün əlverişlidir. Yaşam arealınızda qayda yaradın. Yaşam arealınızı qaydaya salın.

Ailə üzvləri və yaxınlarınızı işlərə cəlb edin.