22 Dekabr 2024

Gülüş stresi azaldır

Heç bilirdinizmi ki, gülən şəxslərdə stress hormonları əhəmiyyətli dərəcədə azalır? Alimlər belə qənaətə gəliblər ki, gülüş stress hormonu olan kortizol istehsalını da azaldır. Məhz bu hormon yaddaşa mənfi təsir edir. 

Kaliforniya Universitetinin alimləri bunu müəyyən etmək üçün könüllülər üzərində təcrübə aparıblar. Belə ki, 20 sağlam insandan 20 dəqiqə ərzində gülməli filmə və ya proqrama baxmaq xahiş edilib. İkinci qrupda olan 20 nəfər isə heç bir şeyə baxmadan gözləyib. 

Daha sonra hər iki qrup yaddaş testindən keçib, analizlər veriblər. Komediyaya baxan iştirakçıların nəticələri daha yaxşı olub. Belə ki, gülən şəxslərdə stress hormonları əhəmiyyətli dərəcədə az olub. 

Gülüş orqanizmdə endorfin hormonunu artırır. Nəticədə beynə gedən və insana xoşbəxtlik hissi verən dopamin hormonunun səviyyəsi artır. Bütün bunlar isə beynin fəaliyyətinə yaxşı təsir edir və yaddaşı qoruyur.