29 Mart 2024

Gülər Kərimova:YAP daim zəfərlərə doğru inamla irəliləyir

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi paytaxt və bölgələrdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə bir daha partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan bəhs edilir, tarixi Zəfərimizin yaratdığı reallıqların fonunda müəyyənləşdirilən hədəflərə diqqət yönəldilir. Ümumi fikir budur ki, YAP xalqın partiyasıdır, dövlətə və xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi hər zaman öndə saxlayır. 30 il keçilən yolun hesabatı, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatıdır.

YAP 30 ildə qəbul etdiyi Nizamnamənin və Proqramın tələblərinə uyğun addımlar ataraq bütün hədəflərinə yüksək səviyyədə nail oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, həmçinin Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün əsasını qoydu. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nətucəsində Azərbaycan yenidən quruldu, demokratik inkişafın vacib elementləri ölkəmizdə bərqərar oldu. YAP-ın hazırkı çağırışlına diqqət yetirdikdə bu fikri də böyük inanla qeyd edə bilərik ki, o zaman ölkəni yaranmış çətin vəziyyətdən xilas etmək üçün yaranan partiya bu gün “Biz birlikdə güclüyük!” deyib işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə töhfə vermək istəyini atdığı addımları ilı təsdiqləyir. Partiyanın keçdiyi inkişaf yolunda bir sıra məqamlara diqqət yetirək. Təbii ki, əsas olan partiyanın yaranması zərurətidir. Ümummilli lider Heydər Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir: “Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

1992-ci il 21 noyabr tarixində 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu, ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Partiya yaranandan 7 ay sonra iqtidar partiyasına çevrildi. Ulu öndər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Cənab İlham Əliyev partiyanın ötən il keçirilən VII qurultayında bildirmişdi: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladış Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.” 30 il şərəfli yol keçərək monolitliyini, sözlə əməl birliyini qoruyan, Azərbaycanın gələcəyi naminə biri-birindən əhəmiyyətli addımlar atan YAP yeni dövrün reallıqlarını özündə əks etdirən Proqramından irəli gələn hədəflərin icrası üçün bütün qüvvə və bacarıqlarını birləşdirir. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, həmçinin partiya daim zəfərlərə doğru inamla irəliləyir.

Gülər Kərimova-YAP Şabran rayon təşkilatının məsləhətçisi