08 Sentyabr 2024

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Goranboy rayonunda yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qəzılhacılı-Qərvənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.