Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıb – EKSKLÜZİV
![](https://media1.az/wp-content/uploads/2021/02/1612786627624_dm1h0e0o.jpeg)
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
APA-nın məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
Səlcuq Elçin