16 Sentyabr 2024

General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edildi

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib.

Media1.az xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.