Gənclərin peşə hazırlığının artırılması mövzusunda QHT Bərdə rayonunda tədbir təşkil edib
Təlimin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov çıxış edərək qonaqları salamlayıb. Ölkəmizdə gedən sürətli inkişafdan danışıb. Bildirib ki, 44 günlük müharibənin sonluğu olaraq torpaqlarımız işğaldan azad edilib. Prezident cənab İlham Əliyevin uzaq görən və uğurlu siyasətinin məntiqi nəticəsi olaraq döyüş meydanında düşmən məğlub edilib. Bu günləri yaşayan hər kəsi xoşbəxt insan adlandırıb. Asif Abbasov “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin Qarabağ İqtisadi Rayonu gənclərinin peşə təhsilinə marağın artırılmasına dəstəyi layihəsinin icrasını faydalı hesab edib.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova həyata keçirilən monitoringlərdən bəhs edib.
“ Müasir Gənclik və Sosial İnkişaf “ İctimai Birliyinin sədri, layihə rəhbəri Etibar Əsədov qarşıya qoyulan məqsəd, vəzifələr və fəaliyyətlər barədə məlumat verib. Bildirib ki, “Qarabağ İqtisadi Rayonu gənclərinin peşə təhsilinə marağın artırılmasına dəstəyi layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə uğula icra olunur.
Layihə üzrə təlimçi Asif Əsgərli qeyd edib ki, ali baş komandanımız, prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz qısa zamanda təcavüzkar Ermənistan ordusunun işğal altında saxladığı torpaqlarımızı azad edib. Bununla da dünya hərb tarixində misli görünməyən şanlı qəhrəmanlıq səlnaməsi yaradıb. İndi erməni vandllarının yerlə yeksan etdiyi şəhər və kəndlərimizdə abadlıq quruculuq işlərinə başlanılıb. Buna görədə “ Qarabağ İqtisadi Rayonu gənclərinin peşə təhsilinə marağın artırılmasına dəstəyi layihəsi”nin icra olunması əhəmiyyətli sayıla bilər. Hansı ki, yenidən qurulan Qarabağ İqtisadi Rayonunda bacarıqlı mütəxəsislərə ehtiyyac var.
Təlimçi Asif Əsgərli gənclərin peşə təhsilinə marağının artırılmasını təşviq etməyi düzgün hal hesab edib. Bildirib ki, karyera qurmaq, yaxşı mütəxəsis və bacarıqlı işçi olmaq üçün heç də həmişə Ali təhsilli olmağa ehtiyyac yoxdur. Yaxşı mütəxəsis olmaq üçün peşə təhsilinin sirlərinə yiyələnmək olar.
Təlim iştirakçılarla maraqlı diskusiya şəraitində başa çatıb.
Sonda tədbir iştirakçıları üçün çay süfrəsi təşkil edilib.
Onu da qeyd edək ki, təlimlərin Tərtər və Ağcabəsi rayonlarında da keçirilməsi nəzərdə tuyulub.
Media1.az- Musa Muradlı