13 İyun 2025

Gəncədə gənc qızı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Abbasova Leylanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Media1.az