Gənclər günündə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı təltif edildi

Media1.az xəbər verir ki, bu barədə Təşkilatın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gülnarə Bağırova məlumat verib.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclər Günü münasibətilə 25 il ölkənin gənclər sektorunda öz layiqli yeri və rolu olan Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatını 2020-ci ildəki uğurlu fəaliyyətinə görə təltif edib.”- deyə Gülnarə Bağırova vurğulayıb.
Qeyd edək ki, təltif edilmə bu gün həyata keçirilib.

