09 May 2025

Gəncədə DƏHŞƏTLİ QƏZA: Yük maşını iki yerə bölündü, iki nəfər… FOTO

Gəncə şəhərində “İsuzu” markalı yük maşını qəza nəticəsində iki yerə bölünüb.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı istiqamətində baş verib.

İlkin məlumata görə qəzada sürücü ilə sərnişin -1980-ci il təvəllüdlü Zeynalov Razim Nazim oğlu və təxminən 40-45 yaşlarında Elgün Bayramoğlu xəsarət alıblar.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanaan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.