Füzulidə minatəmizləmə şirkətinin əməkdaşını ilan sancıb
İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.
Bu barədə Musavat.com-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: “Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir”.