Fransada ermənilər aksiya keçirən fermerləri avtomobillə vurub, ölən və yaralılar var
Fransada ermənilər aksiya keçirən fermerləri avtomobillə vurub, ölən və yaralılar var
“Report” xəbər verir ki, hadisə yanvarın 23-də səhər saatlarında Fransanın cənubunda baş verib. Belə ki, üç nəfərlik ailə yolu bağlayan saman blokunun arxasında dayanıb. Bu zaman avtomobillə sürətlə gələn şəxslər maneəyə reaksiya verməyib və üç etirazçını vurub.
Nəticədə gənc qadın olub, onun yeniyetmə qızı və həyat yoldaşı ağır xəsarət alıb. Qəzadan sonra avtomobildə olan 3 nəfər nəzarətə götürülüb.
“Le Parisien” nəşri bildirib ki, cinayəti törədən Ermənistan vətəndaşları olub. Onlar 2022-ci ildən qaçqın statusu almaq istəyiblər, lakin 2023-cü ilin payızında ermənilər imtina cavabı alıb və ölkəni tərk etmək əmri verilib.
Hazırda polis magistralın bu hissəsində etiraz aksiyası keçirən fermerlərin qəsdən vurulub-vurulmadığını müəyyənləşdirir.