19 Sentyabr 2024

“Formula 2”: Bakıdakı yarışda zəncirvari QƏZA – FOTOYENİLƏNİB

Bakıda keçirilən “Formula 2” üzrrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.

Əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.

Onlardan bir neçəsi dağılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Pilotlardan heç biri xəsarət almayıb.

***

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Mübarizəyə saat 11:35-də start verilib.

Sıralama turunda ən yaxşı nəticəni “Trident” komandasından Rixard Versxor göstərib.