29 Mart 2024

“Fərhad Əhmədovu qandallayıb aparmayıblar” -Köməkçisindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi azərbaycanlı məşhur iş adamı Fərhad Əhmədovun saxlanılması haqda xəbərlər dərc edilib. Onun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığı, ölkəni tərk etməmək tapşırığı aldığı bildirilirdi.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Bəli, Fərhad müəllim şahid qismində DTX-ya dəvət olunub. Yəni, Fərhad müəllimi qandanlayıb aparmayıblar. Nüfuzlu adam kimi dəvət ediblər. Onunla söhbət Babək Səmidlinin yayılan səs yazısı məsələsi ilə bağlı olub. Ancaq, onun saxlanılması, ev dustaqlığına buraxılması haqda xəbərlər yalandır. Fərhad müəllimin hazırda səhhəti də yaxşıdır, Göyçayda işlərinə nəzarət edir. Bir daha deyirəm, onun saxlanılnası qəti yalandır. Biz belə xəbərlərə baxıb gülürük.”