08 Sentyabr 2024

ETSN: Son 4 ildə meşə qırılmalarının həcmi 5.5 dəfə azalıb

“2017-ci ilin məlumatlarına əsasən, Azərbaycanda 55 min kubmetr həddində qanunsuz meşə qırılması baş verib”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki,  2018-ci ildə bu rəqəm 28 min kubmetr, 2019-cu ildə 18 min kubmetr,  2020-ci ildə isə  10 min kubmetr həddinə yaxın olub: “Son 4 ildə ümumi meşə qırılmalarının həcmi  5.5 dəfə  və ya 45 min kubmetr azalıb. Bu, böyük  göstəricidir. Bu sahədə müsbət dinamika var”.