22 Dekabr 2024

Etibarlı münasibətlərin göstəricisi

Cari ilin 22-23 avqust tarixində ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfəri oldu. Ölkə başçılarının görüşü zamanı onlar birgə bəyənatla çıxış etdilər. İlk əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə adlandırdı və dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını bildirdi.

Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidenti ilə mətbuat bəyanatında dedi :”Hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətlərinə dair müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsində yeni səhifənin açılması ilə əlamətdar olacaq. Biz bununla çoxplanlı tərəfdaşlığımızın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik.” Cənab Prezident İlham Əliyev öz çıxışı zamanı  söylədi ki, Özbəkistana  son iki ildə beşinci səfəridir və Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşünü də əlavə etsək, onda hesabı bərabərləşdirirərik. O qeyd etdi ki, konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib. Belə deyək ki, nümayəndə heyətlərinin üzvlərinə razılaşdırdığımız məsələlərlə bağlı irad tutduğumuz bir bənd də yoxdur, təbii ki, hər zaman obyektiv və ədalətli olmaq lazımdır. Ona görə də biz, əslində, Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin kollektivi arasında da eynilə bu cür münasibət görürük.   Daha sonra Şavkat Miromonoviçin sözlərinə qüvvət verərək,   rəsmən müttəfiq olduğumuzu və bunun əslində tarixi məqam olduğunu xatırlatdı. O nəzərə çatdırdı ki,müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir və biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq.  Əminliklə bildirdi ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq.

Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Azərbaycan və Özbəkistan dövlət başçılarının mətbuata bəyanatları  hər iki ölkənin münasibətlərinin və strateji müttəfiqliyinin yaxın gələcəkdə çoxşaxəli şəkildə inkişaf etdiriləcəyini bir daha göstərdi.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini