Estoniya Ukraynaya 1,2 milyard avroluq hərbi yardım paketi ayıracaq

Estoniya hakimiyyəti 2027-ci ilə qədər Ukraynaya 1,2 milyard avro məbləğində hərbi yardım paketi ayırmaq qərarına gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Estoniyanın Prezidenti Alar Karis Tallində ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
“Ukraynaya dəstək davam etməlidir. Bununla bağlı Estoniyanın 2027-ci ilə qədər uzunmüddətli köməyi 1,2 milyard avro təşkil edəcək”, – o qeyd edib.
Onun sözlərinə görə, Kiyevin daha yaxşı silahlara ehtiyacı var və buna görə də Avropa İttifaqı ölkələri hərbi istehsalı artırmalıdır.