Əsas məqsəd qızlar arasında təhsildən yayınma hallarının səbəblərini araşdırıb öyrənməkdir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi layihənin icrasını davam etdirir
“Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olaraq, “Qızlar arasında təhsildən yayınma hallarının səbəblərinin öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasını davam etdirir.
Layihənin əsas məqsədi qızlar arasında təhsildən yayınma hallarının səbəblərini araşdırıb öyrənmək və bu barədə geniş ictimaiyyəti maarifləndirməkdən ibarətdir.
Layihənin icrası müddətində maarifləndirici bukletlər hazırlanıb, çap olundu. Layihə çərçivəsində Qax və Zaqatala rayonlarında maarifləndirici və təbliğedici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində maarifləndirici xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyini loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanılacaqdır. İkinci hissədə isə mövzu ilə bağlı müzakirələr aparılacaq, ünvanlanan suallara cavablar veriləcəkdir. Layihənin müddəti 3 aydır.