04 Oktyabr 2024

Ermənistanın alovlanan Qərb sevdası

Rusiyaya «poka!» deyib, Avropaya «okey!» söyləyən Paşinyan sonda məcburən də olsa şimaldakı «salam!» deyəcək

Adı müstəqil olsa da, hələ də suverenliyin nə olduğunu anlamayan və başqalarının arxasınca sürünən Ermənistan yenə də mövqe dəyişir. Başqalarının əlində vasitə olan işğalçı ölkədə sabit qalan yeganə amil kim çox vəsait ayırsa ona təzim etmək, arxasınca sürünmək vərdişidir. Rusiyadan küsmə hallarının intensivləşməsinin təməlində də keçmiş havadarının iradlarının artması, yeminin azalmasıdır. İrəvanın meydanlarında təşkil olunan aksiyalarda Rusiyanın əleyhinə şüarların səslənməsi, bu ölkənin 102-ci hərbi birləşməsinin Ermənistandan çıxarılması tələbləri əvvəlki isti münasibətlərdəki balansı pozur. Ermənistanın Rusiyanın himayəsində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), Avrasiya İqtisadi İttifaqından uzaqlaşmalarının səbəbi də haqqı olmasa belə bu təşkilatlardan umduğu dəstəyi almamasıdır. İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə KTMT-ni hərbi əməliyyatlara cəlb etmək cəhdləri baş tutmadıqda «Tıq-tıq» xanım kimi «Mən sizdən küstərəcik!» deyib təşkilatlardan uzaqlaşan Ermənistan yenə Qərbə üz tutub. Əsas məqsədi əqidə yoldaşı Fransanın jandarmalarının Qarabağda yerləşdirilməsi olan işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın bu gedişi suyuni içdiyi quyuya tüpürmək məsəlinə bənzəyir. Bu seçimdən hiddətlənən Rusiya siyasətçilərinin Paşinyana ünvanlanan «Ağıllı ol!» xəbərdarlığının hansı nəticəni verəcəyi bəllidir. Sonu qaranlıq olan bu yolda Ermənistanın Əli aşından da , Vəli aşından da məhrum olacağı bəllidir. Avropa təşkilatlarında ermənipərəst deputatların dəstəyinə güvənən İrəvanın bu addımının ciddi səhv olduğunu bildirən siyasi şərhçilər Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqı (Aİ) missiyasının tərkibində fransız jandarmlarının göndərilməsini absurd, bölgənin təhlükəsizliyi baxımından riskli hesab edirlər.

Avropa Parlamentinin Fransadan olan deputatı, bu ölkənin Avropa məsələləri üzrə sabiq naziri Natali Luazo Ermənistanın kütləvi informasiya vasitələrinə müsahibəsində Avropa İttifaqının Ermənistana daha geniş tərkibli missiya göndərmək qərarını tamamilə dəstəklədiyini bildirib. Onun sözlərinə görə, fevralın 20-dən işə başlayacağı gözlənilən həmin missiya guya «ərazidə yeni hücumların qarşısını alacaq gözlər və qulaqlar” olacaq.» Məsələyə sağlam düşüncə ilə münasibət bildirənlərin açıqlamalarında qeyd olunur ki, «sərhəd problemi»nin həllinə Aİ-ni cəlb etməyə çalışan Ermənistan bu hərəkəti ilə dövlətçiliyini itirə bilər. Eyni zamanda, Rusiya-Ermənistan münasibətləri daha da gərginləşər.

Bəllidir ki, rəsmi İrəvan 2020-ci ilin noyabrında Rusiyanın zəmanəti və iştirakı ilə imzalanan üçtərəfli Bəyanatda üzərinə müəyyən öhdəliklər götürüb. Amma sənədin imzalanmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq öhdəliklərinə əməl etməkdən yayınmaq üçün bəhanələr axtaran Ermənistanın belə gedişləri təbii ki, baş tutan deyil. Aİ missiyasını Azərbaycan –Ermənistan sərhədinə cəlb etmək planları isə siyasi axmaqlıqdır. Çünki iki dövlət arasındakı sərhəd hələ tam demarkasiya edilmədiyi üçün İrəvanın « jandarm qonaqlarını» harada yerləşdirəcəyi də bəlli deyil. Yəni, bu məkli plan Ermənistan tərəfindən ortaya atılan yeni fitnəkarlıqdır. Əsas məqsəd Aİ missiyasına ermənipərəst Fransanın kuratorluğuna nail olmaq, təxribatlar törətmək və nəticədə missionerlərin vasitəsi ilə Azərbaycan əleyhinə kampaniyalar təşkil etməkdir.

Daxili vəziyyəti gərgin olan Ermənistanın bu seçiminin bölgədə kövrək sabitliyin gərginləşməsinə səbəb olacağı hər kəsə bəllidir . Bu kimi məsələlər ətrafında aparılan müzakirələrdə fikir ayrılığı, siyasi partiyalar arasındakı qarşıdurmalar sosial, iqtisadi böhranın qarşısıalınmaz həddə çatdığı Ermənistanın siyasi arenasında parçalanmaya səbəb olub. Orduda fərarilik halları artdığından işğalçı ölkədə uşaqların silahlı qüvvələrə və qruplara cəlb edilməsi birmənalı qarşılanmır. İşğalçı ölkədə «uşaqların hərbləşdirilməsi» ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış həmin hesabatda bu ölkə tərəfindən uşaqların hərbi işlərə cəlb edilməsinə, onlardan Azərbaycan xalqına qarşı etnik və milli nifrət yaratmaq vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumatlar əks olunub. Ermənistanın informasiya mənbələrindən əldə olunmuş məlumatların, foto və video-materialların əks olunduğu hesabatda qeyd edildiyi kimi, belə hərəkətləri ilə bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozan işğalçı dövlət uşaqlara etnik və milli zəmində nifrət aşılayır, yeniyetmələri düşmənçilik ruhunda tərbiyə edir. Bu isə uşaq hüquqları və beynəlxalq humanitar hüquqla bərabər, «İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Beynəlxalq Konvensiyanın (CERD) kobud şəkildə pozulması deməkdir.

Amma havadarlarına arxalanaraq insan hüquqlarının qorunması, ərazilərin toxunulmazlığı ilə bağlı beynəlxalq qanunlara əməl etməyən Ermənistan bu əməli ilə də gənclərdə türklərə qarşı nifrət hissələrini gücləndirir. İşğalçı ölkədə «Ən yaxşı türk, ölü türkdür» kimi şüarların tez-tez səslənməsi gənclər arasında aparılan antitürk təbliğatın iyrənc formasıdır. Türkiyədə baş verən zəlzələdən yaranan dağıntıların aradan qaldırılması üçün qardaş ölkəyə yardım məqsədi ilə gedən ermənilərin soyğunçuluqla məşğul olmaları da bu millətin xarakterik xüsusiyyəti olan başqalarına məxsus nə varsa özününküləşdirmək kimi mənfur, iyrənc niyyətlərindən qaynaqlanır. Görünür hələ də bir dövlət kimi yox olacağının fərqinə varmayan Ermənistana yeni dəmir yumruq zərbəsi lazımdır.