Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
Ermənistan qoşunlarını Geqarkunikdən (tarixi Göyçə mahalı) geri çəkir, burada da demarkasiya işlərinin aparılması gözlənilir. Bu məqsədlə həmin ərazinin minalardan təmizlənmə işi həyata keçirilir.
Publika.az xəbər verir ki, bu haqda iddialar Ermənistan mediasında yayılıb.
Məlumatlara görə, erməni qoşunları Çəmbərək və Cildən (Göyçə gölü ətrafındakı kəndlər) çıxarılır. Ermənilər hesab edir ki, Tavuş-Qazax istiqamətində sərhədin demarkasiyasından sonra digər ərazilərdə də Bakının istəkləri qəbul olunacaq.
Ermənistan Müdafiə Nazirliyi isə Geqarkunik bölgəsidə minaların təmizlənməsi və qoşunların çıxarılması xəbərlərini təkzib edib.