Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.
Media1.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək.
Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.