29 Mart 2024

Ermənistan Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan istifadə edir

Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir.

Musavat.com “Caliber”ə istinadən xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir.

Nəşrin məlumatına görə, indiyədək beş güclü partlayış qeydə alınıb.

“İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, – məlumatda qeyd edilib.