Erməni silahlı birləşmələri Qarabağdan çıxarılmasa başları Dəmir yumuruq ilə əziləcək.
1988-ci ildən başlayaraq Ermənistan Respublikasının ölkəmizə qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində ərazilərimiz geniş miqyaslı işğalla üzləşmişdir. Xaricdən qızıdırılan Dağlıq Qarabağ erməniləri də kənar qüvvələrin təsiri altına düşərək Azərbaycana qarşı separatçılığa qoşulmuş, ölkəmizin ərazi bütövlüyünə birbaşa xəyanət etmişdilər. Separatşı ermənilər milli ədavətin qızışdırılması fonunda misli görünməyən cinayətlərin iştirakçısına çevrilmişdilər.1992-1993-cü illərdə müstəqilliyin ilk illərində dövlətçiliyimizin zəif olduğu , siyasi hakimiyyətin təcrübəsizliyindən istifadə edən ermənilər əl- qol açmış , Azərbaycanı gözü götürməyən dövlətlərin bir başa dəstəyilə torpaqlarımızın bir hissəsini işğal edə bilmişdilər. 1993-cü ilin aprelində Kəlbəcəri, İyulunda Ağdamı , Avqustunda Füzuli rayonları erməni işğalına məruz qalmışdır. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri ilə erməni silahlı birləşmələrinin işğal etdikləri rayonlardan qeyd şərtsız çıxması tələb edilmişdir. Ancaq Ermənistan nüfuzlu Beynəlxalq təşkilatın qətnamələrinə əhəmiyyət verməmiş, 30 ilə yaxın torpaqlarımızı işğalda saxlamışdır. Demokratiyadan, haqdan, ədalətdən danışan dövlətlər ermənilərin bu həyasızlığına göz yumaraq, Azərbaycanın ərazi bütövlüyünün, milyona qədər köçkünün pozulmuş hüquqlarının bərpası üçün heç nə etməmişdilər.
Möhtərəm prezidentimizin həyata keçirdiyi tədbirlər ordumuzun gücləndirilməsini təmin etməklə torpaqlarımızın erməni işğalından azad edilməsini qətiləşdirmiş oldu. Prezident – Xalq birliyi torpaqlarımızın işğaldan azad edilməsinə inamını artırmış, əsgərlərimizin döyüş əzmkarlığını daim yüksəltmişdir. Nəticədə 44 günlük müharibə ərzində döyüş meydanında layiqli cavabını alan erməni silahlı birləşmələri BMT-nin 4 qətnaməsi ilə xoşa-xoşluqla getmədikləri halda ordumuzun qarşısında tab gətirə bilməyib biabırcasına qaçmağa məcbur oldular.
10 noyabr 2020-ci il Azərbaycan , Rusiya , Ermənistan tərəfinin birgə bəyanatı ilə erməni silahlı birləşmələrinin təslim olduğu müəyyənləşdirilmişdi. Ermənilərin Kəlbəcər, Ağdam, Laçın rayonlarından çıxarılması və erməni silahlı birləşmələrinin Dağlıq Qarabağdan çıxarılması nəzərdə tutulurdu. Ancaq ermənilər həmişə olduğu kimi bu dəfədə sözünə xilaf çıxaraq hərbi silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasını təmin etməmişdir. Deməli, Ermənistan Respublikası həmişəki kimi Azərbaycanın gücdən istifadə etməsini istəyir. Möhtərəm prezidentimiz İlham Əliyevin dediyi bir söz var. “Dəmir yumuruq həmişəki kimi yerindədir. Elə etməsinlər ki, biz yenidən onu işə salaq”. Ermənilər bunu bilməli və ağılların başına yığmalıdırlar. Əgər silahlı birləşmələrini torpaqlarımızdan çıxarmasalar, dinc dayanıb məkrli planlarından əl çəkməsələr dəmir yumuruğumuzun altında başları bir daha əziləcək.
Aytən Məmmədli- YAP Ağstafa RT-nin məsləhətçisi