19 Aprel 2024

Erməni KİV: “Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur”

Ötən gün Xankəndidə – Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildi ərazidə – aksiya keçirilib.

Media1.az erməni KİV-ə istinadən xəbər verir ki, Mitinqin təşəbbüskarı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkov olub.

Onun sözlərinə görə, Ermənistan nizamlamanın rus variantından imtina edərsə, sülhməramlı missiya Artsaxı tərk edəcək.

Qeyd edək ki, aksiyalarda 15 min nəfər iştirak edib.