01 Mart 2024

Erməni deputat: “Bizim sülhdən başqa variantımız yoxdur”

“Hazırda yaranan vəziyyətdə biz qərar verməliyik. Ya Türkiyə və Azərbaycanla yeni müharibəyə getməliyik və bundan irəli gələn, bütün proqnozlaşdırıla bilən nəticələri gözə almalıyıq, ya da Ermənistanın müstəqilliyini qoruyaraq sülh yolu ilə getməliyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı, hakim fraksiyanın üzvü Gevorq Papoyan tərəfindən ifadə olunub

“Biz müharibə və avantürizm yaxud sülh arasında seçim etməliyik. Biz dinc gündəm yolu ilə getməliyik, başqa alternativ yoxdur. Gündəmdə başqa variant da mövcud deyil”, – deyə Papoyan qeyd edib.
Gevorq Papoyan müxalifətin revanşist çağırışlarına da münasibət bildirib.

“Onlar ya boş-boş danışır, ya da müharibədən dəm vururlar. Bəlkə də bu onların bəzilərinə yarayır. Çünki bu adamların dərdi Ermənistan Respublikasını deyil, Ermənistanı idarə etməkdir. Onların gözündəki Ermənistan isə istənilən statusda, istənilən üçüncü dövlətin tərkibində ola bilər. Mənim üçün Ermənistan Respublikasının mövcudluğu hər şeydən önəmlidir”, – deyə Gevorq Papoyan bildirib.