28 Mart 2024

Ermənistanda ordu Paşinyana qarşı qiyama qalxdı və hökumətin istefasını tələb etdi

Ermənistan silahlı qüvvələrinin baş qərargahı bu gün bəyanat verərək Nikol Paşinyan hökumətini istefasını tələb edib.

Bəyanatda deyilir:

“Ermənistan Silahlı qüvvələri Baş qərargah rəisinin birinci müavininin qeyri-uzaqgörənliklə, əsassız səbəblərdən və Ermənistanın milli, habelə dövlət maraqları nəzərə alınmadan azad olunmasına qəti şəkildə etirazını bildirir.

Baş nazir və hökumət artıq erməni xalqı üçün belə bir böhranlı və taleyüklü günlərdə adekvat qərar qəbul etmək iqtidarında deyil.

Ermənistan Silahlı qüvvələri bu vaxta qədər ordunun bu hakimiyyət tərəfindən gözdən salınmasına yönəlik hücumlarına dözümlə yanaşıb, lakin hər şeyin öz hüdud var.

Ermənistan Silahlı qüvvələri düşmənə qarşı çiyin-çiyinə vuruşaraq öz vəzifəsini şərəflə yerinə yetirib.

Yaranmış situasiya ilə əlaqədar Ermənitan silahlı qüvvələri baş nazir və hökumətin istefasıını tələb edir, habelə xalqa qarşı güc tətbiq olunmasından çəkinməklə bağlı hökumtə xəbərdarlığını ifadə edir.

Xalq ordunun yanında olduğu kimi, ordu da həmişə xalqın yanında olacaq.