Ermənistanda hakim fraksiya prezident Armen Sərkisyanın impiçment prosesini gündəmə gətirir
Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən prezident Armen Sərkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb ki, buna səbəb prezident Armen Sərkisyanın baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini imzalamaqdan imtina etməsidir.
V. Ovakimyan nəzərə çatdırıb ki, Konstitusiyanın 139-cu maddəsinə əsasən, Prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir. İlk baxışdan da Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncamını da Prezident geri qaytararkən bu hüququndan istifadə edib: “Ancaq əslində məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Bu halda Baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisini vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə Konstitusiyaya zidd element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altınla qoya və stabilliyi poza bilər. Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq Prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar var”.
Qeyd edək ki, fevralın 25-də Baş Qərargah N. Paşinyanın istefasını tələb etdikdən sonra baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı Prezidentə sərəncam layihəsi təqdim edib. N. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb.
Onu da əlavə edək ki, Armen Sarkisyan hakimiyyətdə əl-qol açmaqda sərbəst olmaq üçün Serj Sarkisyanın düşünülmüş layihəsi olub. Səlahiyyət müddəti başa çatan Serj Sarkisyan yenidən Ermənistanı istəklərinə uyğun idarə etmək üçün Konstitusiyaya düzəliş etdi. Yeni sistem qurmuş oldu. Ölkəni prezident idarəçiliyindən çıxarıb, Baş Nazir institunu yaratdı. Ancaq, Serj Sarkisyanın planlarını N.Paşinyan pozdu. Məxməri inqilabla Serj Sarkisyanın hakimiyyətdən kənarlaşdırılmasına nail oldu. Bu baxımdan da Armen Sarkisyanı o zamandan müxalifəti kimi qalmış oldu. 44 günlük müharibədən sonra da Armün Sarkisyanın müharibə aqoniyası ilə bəyanatlar verməsi, təbii ki, bu adamın Serj Sarkisyanlarla eyni düşüncələri ortaya çıxarmış oldu.