22 Dekabr 2024

Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub – YENİLƏNDİ

Ermənistanda Göyçə gölünün yaxınlığında yerli vaxtla saat 19:35-də zəlzələ qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5.2 bal gücündə baş verən zəlzələnin episentri Gürcüstanla sərhəddən 81 kilometr aralıda, Azərbaycanla sərhəddə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Qeyd edək ki, zəlzələ Azərbaycanın qərb bölgələrində və Gürcüstanda da hiss edilib.

*****

Bu gün yerli vaxtla saat 19:36-da Ermənistanda Göyçə gölünün yanında baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Qazax,Tovuz, Gədəbəy,Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Musavat.com xəbər verir ki, bu bardəd Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.