08 Sentyabr 2024

Ermənistan əsirlərə işgəncə verib – ombudsman beynəlxalq aləmi oyada biləcəkmi…

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əsir və girovlarımıza işgəncə verilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlara hesabat ünvanlayıb.

Hesabat 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş hərbi qulluqçular, həmçinin 2014-cü ildən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftar barədə hazırlanıb. 

Ombudsman Aparatından “Yeni Müsavat”a verilən məlumata görə, Ermənistan və Azərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb.

Ombudsman geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər.

Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib.

Hesabatda Ermənistan tərəfindən əsirlik və girovluqda saxlandıqları müddət ərzində azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.

Eyni zamanda Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.

Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normalarını, xüsusən Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.

Azərbaycan dəfələrlə bu tipli hesabatları beynəlxalq ictimaiyyətə təqdim edib, təşkilatları məlumatlandırıb, müxtəlif konfranslarda, sessiyalarda əsir və girovlar məsələsini qaldırıb. Ancaq indiyə qədər müsbət mövqenin şahidi olmamışıq.

Elə 44 günlük müharibədə də Qərb təşkilatlarından ədalətli yanaşma, Ermənistana qarşı kəskin bəyanat görmədik.

Qərbin bəzi nüfuzlu təşkilatları Gəncə, Bərdə terroruna susdular, Ermənistanın bu cinayətkar əməllərini pisləmədilər. Bəs Ombudsmanın bu hesabatının bir müsbət nəticəsi ola bilərmi?

Naxçıvanlı məşhurlardan aviareyslərin açılması xəbərinə reaksiya

Novella Cəfəroğlu: “Beynəlxalq təşkilatlara inamım yoxdur, ermənilər əraziləri işğal edib, Xocalı faciəsini törədib, heç nə deməyiblər”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq təşkilatlar bu günə kimi ermənilərə etdikləri cinayətlərə görə heç nə deməyiblər: “Ermənilərin Xocalıdan sonra hər şey edəcəyinə inanıram, əsirlərə, girovlara işgəncə vermələrinə heç təəccüblənmirəm.

Amma Qırmızı Xaç Komitəsinə müraciət etməliyik. Həm hökumət, həm hüquq müdafiə təşkilatları səviyyəsində komitəyə əsirləri nəzarətə götürməklə bağlı məlumat verilməlidir. Sadəcə, beynəlxalq təşkilatlara inamım yoxdur. Ermənilər əraziləri işğal edib, Xocalı faciəsini törədib, beynəlxalq təşkilatlar heç nə deməyib. Amma istəsələr təsir göstərə bilərlər.

Neçə illərdir ki, köçkünlərimiz var, beynəlxalq qurumlar bizə əl uzatmayıblar. Amma onlarla danışmalıyıq, istənilən halda məlumat verməliyik”.

N.Cəfəroğlunun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan erməni hərbi əsirlərlə insani rəftar edib:

“Biz də onlara baş çəkəcəyik, məlumat verəcəyik. Amma əminik ki, erməni əsirlərə yaxşı baxılıb, heç bir zorakılıq, işgəncə görməyiblər”.

Dairəsi ləğv edilən Qənizadə həqiqəti danışdı - VİDEO - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Çingiz Qənizadə: “Vətən müharibəsi dövründə Cenevrə Konvensiyasını imzalayan dövlətlər, o cümlədən ATƏT, Avropa Şurası kifayət qədər ədalətli mövqe nümayiş etdirməyib, amma…”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə qəzetimizə bildirdi ki, Ombudsman Səbinə Əliyevanın proseslərdə fəaliyyəti göz qabağındadır.

Ç.Qənizadənin sözlərinə görə, hesabatın hazırlanması alqışalayiqdir: “Ombudsman Aparatı hesabat hazırlanarkən Cenevrə Konvensiyanın tələblərinin pozulmasını qeyd edib.

Cenevrə Konvensiyasında əsas tələblərdən biri əsirlərə işgəncə verilməməsi, yaralılara yardım etmək göstərilib. Amma çox təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən hər zaman laqeyd münasibət sərgilənib. Hesab edirəm ki, bu hesabata reaksiya verilməlidir. Onlardan soruşulmalıdır ki, hesabatlara münasibət bildirilsin”.

Ç.Qənizadə qeyd etdi ki, Vətən müharibəsi dövründə Cenevrə Konvensiyasını imzalayan dövlətlər, o cümlədən ATƏT, Avropa Şurası kifayət qədər ədalətli mövqe nümayiş etdirməyib:

“Amma o demək deyil ki, ruhdan düşməliyik. Əksinə, faktları, sübutları hazırlayıb hesbat şəklində təqdim etməliyik”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Ombudsmanın hesabatı həqiqətə uyğundur:  “Vaxtında edilən müraciətdir.

Qulamhüseyn Əlibəyli: Ermənistan dövlət deyil, terrorçu hörgütdür

Qulamhüseyn Əlibəyli: “Məlumat blokadasını yarıb həqiqəti çatdırmaq lazımdır”

Baxmayaraq ki, müharibə dövründə beynəlxalq təşkilatlar müharibə dövründə nizamnaməyə uyğun fəaliyyət göstərmədilər. Amma o demək deyil ki, onlardan küsək, heç bir hesabat təqdim etməyək”.

Q.Əlibəylinin fikrincə, ola bilsin beynəlxalq təşkilatlar yaxşı məlumatlandırılmayıb: “Ancaq bu cür müraciətlərin müsbət tərəfi var.

Məlumat blokadasını yarıb həqiqəti çatdırmaq lazımdır. Ombudsman yarıhökumət, yarıictimai qurumdur, onun bu hesabatı göndərməsi daha düzgündür.

Müharibə dövründə bəzi təşkilatlar üzərinə düşəni etməsələr də, bəziləri təsdiqlədi ki, Ermənistan qadağan olunmuş kasset bombalardan azərbaycanlı mülki əhaliyə qarşı istifadə edib. Ona görə beynəlxalq aləmi məlumatlandırmaq lazımdır”.

 Emil SALAMOĞLU,
“Yeni Müsavat”