01 İyul 2025

Ermənilər Kəlbəcərdəki Xudavəndə kilsəsində toy elədilər

“Sputnik Ermənistan”ın yazdığına görə Ağdərədən İrina Qabrelyan və Xankəndindən Aram Berdyan Xudavəndə kilsəsində evləniblər. Ailə quran ermənilər Rusiya sülhməramlılarına bunun üçün təşəkkür etməyi də unutmayıblar.

Bu barədə Media1.az xəbər verir ki, ermənilərin Dadivanik adlandırdıqları kilsənin onlara aidiyyatı yoxdur. Kilsə-monastr kompleksi Azərbaycan ərazisində yaşamış qədim albanlara məxsusdur.

Qeyd edək ki, Kəlbəcər rayonunu ermənilər 10 noyabr Azərbaycan,Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyənatın müddəalarına əsasən tərk ediblər. Erməni din xadimləri isə həyasızlıqlarına salaraq alban məbədi olmuş Azərbaycan milli mənəvi dəyərlər sisteminə aid olan Xudavəndə monastr kompleksini tərk etməyiblər. Onlar əvvəlcə guya azərbaycanlıların kilsəni təhqir edəcəklərini bəhanə gətirmiş, tarixi abidəyə məxsus avadanlıqları sökərək aparmışdılar. Qaldırdıqları hay küyə Rusiya hakimiyyətindən dəstək əldə etdikdən sonra kilsəni Rus sülhməramlıları nəzarətə götürüb.