23 Dekabr 2024

Erməni faşizmi dirçəlir – “Dəmir yumruğ”u saz vəziyyətdə saxlayaq!..

Vaxtilə özünü Dağlıq Qarabağdakı oyuncaq rejimin “müdafiə naziri” sayan Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyində Hərbi Nəzarət Xidmətinin rəhbəri postuna gətirilib. 44 günlük rüsvayçı müharibədə dron zərbəsindən canını zorla qurtaran və siçan deşiyində gizlənən Arutyunyan artıq dəlikdən çıxıb və hələ vəzifə də alıb. Vəzifəyə keçər-keçməz isə tipik erməni ədası və həyasızlığı ilə bizə yumruq silkələyib, revanşist bəyanat verib.

Sitat: “Mən yalnız bir şey deyə bilərəm: bizim bütün bugünkü və sabahkı hərəkətlərimiz Azərbaycana qarşı yönəldiləcək, itirdiklərimizi bərpa etmək üçün hər şeyi edəcəyik. Əsas məqsədimiz ordunun gücünü artırmaq, yeni silahlar və müasir texnologiyalar əldə etməkdir”.

3 aydır üzü üstə qalan, tam iflas olmuş Ermənistanda bunu necə, hansı pulla edəcəkləri ilə bağlı sualı kənara qoyaq və xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu Cəlal Aryutunyan və daha üç erməni canisini Gəncənin mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə beynəlxalq axtarışa verib.

İndi əgər İnterpol xətti ilə axtarışa verdiyimiz bir qatil Ermənistanda yüksək posta təyin edilirsə, demək ki, sorosçu Paşinyan iqtidarı hələ də Azərbaycan və Türkiyə ilə barışıq yolu tutmaqdan uzaqdır. Hərçənd düşünmürük ki, belə bir yanlış kurs bütövlükdə Qərbin, özəlliklə ABŞ-ın Güney Qafqazla bağlı ortaq maraqları və gözləntilirinə uyğun gəlsin. Hər necə olmasa, Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılmasını nəzərdə tutan “Sürix protokollları”ının əsas təşəbbüskarı məhz ABŞ, daha dəqiqi, Co Baydenin vitse-prezident olduğu Obama administrasiyası idi…

Mətləbdən uzaqlaşmayaq.



Bu harasıdır, ötən həftə Ermənistan İstintaq Komitəsi Azərbaycan türməsinin bərk darıxdığı C.Arutyunyanı məlum dron zərbəsinə görə “həyata sui-qəsd” maddəsi üzrə “zərərçəkmiş” qismində tanıyıb və Azərbaycana qarşı faktiki məhkəmə iddiası qaldırıb. Bundan əlavə, məğlub ölkənin baş prokuroru Artur Davtyan ötən ay Moskvada rusiyalı həmkarı İqor Krasnovla görüşdə ondan belə bir xahişdə bulunmuşdu ki, Azərbaycan tərəfinin axtarışa verdiyi keçmiş və hazırkı erməni məmurlarının Rusiyadan ekstradisiyası ilə bağlı Bakının tələbini cavabsız qoysun.

Amma indi onlardan biri sanki Azərbaycanın acığına Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edilir və vəzifəyə gələn kimi də dinc durmaq əvəzinə, bizi hədələyir, üstəgəl, başı əzilməkdən güclə qutulmuş bu yaramaz rəsmən “zərərçəkən” kimi tanınır. Guya bu yolla onu Azərbaycana qarşı “sığortalamış” olacaqlar”.

Maraqlıdır, görəsən Rusiya ərazisinə keçəcəyi təqdirdə Moskva onu bizə təhvil verəcəkmi? Verərmi? Bütün hallarda zərrəcə şəkk-şübhə yox ki, Azərbaycan dövləti erməni uşaq qatillərinin başına torba keçirilib Bakıya gətirilməsi üçün əlindən gələni edib və edəcək.

Sözgəlişi, adı türk kökənli olan bu türk qanına susamış əclafı yeni vəzifəyə məsləhət görən müdafiə naziri Vaqarşak Arutyunyan da elə onun bir tayıdır. Yada salaq: 1999-2000-ci illərdə müdafiə naziri işləmiş Vaqarşak II Qarabağ savaşı ərəfəsində Paşinyanın hərbi məsələlər üzrə müşaviri təyin olunmuşdu. Müharibə zamanı onun verdiyi ən qiymətli “məsləhət” isə yaddaşlardadır. Demişdi ki, “lazım olsa, azərbaycanlı əhalidə panika yaratmaq üçün Azərbaycanın dinc yaşayış məntəqələrini də raket atəşinə tutacağıq”. Nə qədər qəribə də olsa, kapitulyasiyadan sonra o, təzədən müdafiə naziri postuna gətirildi. Axtarışa verdiyimiz erməni məmurlar arasında onun da adı keçir.

Beləcə, erməni faşizmi Ermənistanda sanki “ikinci nəfəs” əldə edib. Hər iki qatil arutyunyanın müharibədən sonra Müdafiə Nazirliyinə yüksək vəzifələrə gətirilməsini indi necə erməni faşizminin “damarına” yeridilən “təzə qan” kimi qiymətləndirməyək? Biz hələ qonşu ölkədə uşaqdan-böyüyə, iqtidardan-müxalifətə hamının kumiri olan nasist əlaltısı Qaregin Njdeyə Xocavəndə abidə qoyulmasını demirik. İrəvanda isə 3 ildir onun 6 metrlik heykəli ucalır…

Bu yerdə rusiyalı tanınmış politoloq İqor Korotçenko da tam haqlıdır deyəndə ki, Rusiya artıq rəsmi səviyyədə İrəvandan faşist Njdenin abidəsinin sökülməsini tələb etməlidir. “Rədd cavabı alındığı təqdirdə Ermənistan KTMT-dən xaric edilməli və ona Rusiyanın hərbi dəstəyi dayandırılmalıdır” – Korotçenko söyləyib.

İkiəlli razıyıq!..

Azərbaycan isə “dəmir yumruğu”nu daim saz vəziyyətdə saxlamalıdır. Belə görünür, bizə o, hələ çox gərək olacaq…

Zahid SƏFƏROĞLU