22 Noyabr 2024

Emin Əmrullayev “Son zəng”də – FOTOLAR

Təhsil naziri Emin Əmrullayev məktəblərin birində “Son zəng” tədbirində iştirak edib.

Emin Əmrullayev bu barədə üzünün feysbuk səhifəsində paylaşım edib.  

Əmrullayev məzunları təbrik edib: “Bu il 91 mindən çox şagird 11 illik məktəb həyatını bitirərək yeni dövrə qədəm qoyur. Əziz məzunlarımız, sizi ürəkdən təbrik edir, yeni həyatınızda uğurlar arzulayıram. Hər biriniz Vətənimiz üçün böyük dəyər təşkil edirsiniz. Yolunuz açıq olsun!”