Əməkdaşlığın inkişaf dinamikası qorunulur
Müstəqil Azərbaycanın həyata keçirdiyi siyasət ardıcıl və məqsədyönlü səciyyə daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən belə praqmatik yanaşmalara əsaslanan siyasət isə Azərbaycanın beynəlxalq miqyasda güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib.
Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada bildirmişdir ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutulur. Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik.
Prezident İlham Əliyev keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə Azərbaycanın müstəqillik illərində aparılan məqsədyönlü siyasət sayəsində iqtisadi inkişaf, infrastruktur quruculuğu istiqamətində, sosial sferada və digər sahələrdə böyük uğurlara imza atdığını, eləcə də ölkəmizin bundan sonrakı prioritetlərini nəzərə çatdırıb. Müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini