22 Noyabr 2024

Ekoloji İnformasiya İctimai Birliyi Tərtərdə ekoturizmlə bağlı seminar keçirib.

Aprelin 26-da Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda seminar təşkil edib.

Tərtər rayon Gənclər evində baş tutan görüşdə 20 nəfərlik turizm sektorunun nümayəndələri təmsil olunub.

Seminar başlanmazdan əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı çıxış edərək layihənin məqsədi və qarşıya qoyulan məqsədlərdən danışıb. Bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində müzəffər ordumuz Ermənistan Respublikasının işğalı altındakı torpaqlarımızı uzun illərdən sonra azad edib. İndi Qarabağın yerlə yeksan edilmiş şəhərlərində abadlıq quruculuq işləri sürətlə davam edir.Yaxın illərdə Qarabağın rayonları turistlər üçün çəlbedici yerlərdən olacaqdır. Odur ki, layihənin də məqsədi Qarabağda turizmin təşviqini həyata keçirməkdən ibarətdir. Layihənin məqsədinə uyğun olaraq sosial çarx hazırlanmış , Qarabağ ekoturizm saytı informasiya məkanına qoşulmuşdur.

Tərtər rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə baş məsləhətçisi Zabil Paşayev başçı Müstəqim Məmmədovun adından qonqları salamlayaraq, 44 günlük vətən müharibəsində tərtərlilərin fədakarlığından danışıb. Tərtər rayonunun turizm üçün geniş potensiala malik olduğunu bildirib.

Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini, ekoloq , Aqrar elmlər üzrə fəlsəfə doktoru , layihənin ekspert Xosrov Musayev ekoturizm haqqında iştirakçılara geniş məlumat verib. Ekoturizmin digər turlardan üstünlüyü barədə danışıb.

Seminar qarşılıqlı diskusiya şəraitində başa çatıb.

Sonda tədbir iştirakçıları üçün çay süfrəsi açılıb.