22 Dekabr 2024

Ekoloji İnformasiya İB Ucarda fermerlər üçün ekoseminar təşkil edib

İyulun 3-də Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq “ layihəsi çərçivəsində Ucarlı fermerlər üçün eko seminar təşkil edilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı ekoseminarı giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. Layihə tədbiri barədə məlumat verərək bildirib ki, “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq “ layihəsinin  məqsədi fermerləri mövzuya uyğun olaraq maarifləndirməkdən  ibarətdir. Musa Muradlı habelə vurğulayıb ki, həyata keçirilən layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü ilin  qrant müsabiqəsində qalib elan olunub. Təşkilat sədri Agentiyin etimadını yüksək dəyərləndirib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Telejurnalist Rasim Zeynalov layihənin aktuallığından danışıb. Qeyd edib ki, fermerlər arasında ekoloji təmiz məhsulun yetişdirilməsinə təşviqatın aparılması zəruri və olduqca vacibdir. Hansı ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsində yerli məhsulun payı azdır.Kənardan gətirilən kənd təsərrüfatı məhsullarının həcmi əhəmiyyətli dərəcədə çoxdur.İdxal olunan məhsullar keyfiyyət baxımından sağlamlığa ciddi ziyan vura bilir. Ona görə də fermer təsərrüfatlarının üzərinə bu sahədə çalışmaq və milli təhlükəsizlik baxımından keyfiyyətli məhsul istehsalını həyata keçirmək vəzifəsi düşür.

Layihə eksperti , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev geniş və əhatəli çıxış edərək ekoloji təmiz məhsul istehsalının mahiyyətinə aydınlıq gətirib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını vurğulayıb. Qeyd edib ki, bu sahədə fermerlərə lazım olan şəraitin yaradılıb. Fermerlər yardılan şəraitdən yararlanmaqla uğurlar əldə edə bilərlər.

Ekspert Xosrov Musayev kənd təsərrüfatı bitkilərinin becərilməsində kimyəvi tərkibli olmayan üzvi maddələrin əldə olunması , istifadə qaydaları barədə fermerləri maarifləndirib.

Tədbirdə iştirakçı fermerlərə dəftərxana ləvazimatları paylanıb. Maraqlı keçən ekoseminarda çay süfrəsi təşkil edilib. Çay süfrəsinidən sonra da  fermerlərlə  interaktiv söhbət davam etdirilib,onları maraqlandıran suallar cavablandırılıb. 

Ekoloji İnformasiya İB