08 Sentyabr 2024

” Ekoloji İnformasiya” İB-nin könüllüləri ağac əkib

” Ekoloji İnformasiya” İB-nin könüllüləri daha bir aksiya gerçəkləşdiriblər. Bərdə rayonunun Mustafaağalı kəndində çoxlu sayda ağac əkiblər.

“Ekoloji İnformasiya” İB-nin sədri Musa Muradlı Media1.az-a bildirib ki, vaxtaşırı ağacəkmə kampaniyaları keçirilir. Könüllü tərəfdaşlarda aksiyalarda həvəslə iştirak edirlər.

Musa Muradlı onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə də belə tədbirlərin həyata keçirilməsinə ehtiyyac var. Hansı ki, vəhşi düşmən erməni vandalları azərbaycanlılara məxsus evləri, yaşayış məskənlərini dağıdıb,yerlə yeksan eləməklə yanaşı təbiətədə misli görünməmiş ziyan vurublar. Ekoloji terror törətməklə təbiətimizi məhv ediblər.

Gələcəkdə bu kimi təbiətə vurulmuş yaraların sağalması üçün könüllülərin birgə fəaliyyəti ilə ekoloji aksiyaların həyata keçiriləcəyini vurğulayıb, Musa Muradlı.